Azərbaycan boksçuları Macarıstandakı turnirə qatılacaqlar

10.03.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.

Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi 6 idmançı təmsil edəcək.

Məşqçilər heyəti Debretsendə Tural Sarıyev (50 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (65 kq), Mehdi Həsənov (70 kq), Fəqan Məmmədov (80 kq) və Sürət Qarayevə (90 kq) şans verəcək.

Qeyd edək ki, martın 11-də start götürəcək turnir ayın 15-də başa çatacaq.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью