Azərbaycan boksçuları mübarizəyə başlayır

23.05.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Azərbaycan boksçuları mübarizəyə başlayır

Bu gün Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

QOL.az xəbər verir ki, 5 gün davam edəcək yarışda kişi boksçulardan ibarət Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Məşqçi Elbrus Rzayevin rəhbərliyi altında rinqə Bilalhəbaşi Nəzərov (50 kq), Tağı Nəsibov, Tayfur Əliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Abbasqulu Şadlinski (75 kq) və Kənan Nəcəfov (+90 kq) çıxacaq.

Turnirdə Laçın Baxış ölkəmizi hakim kimi təmsil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью