Azərbaycan boksçuları Polşada 2 medal qazandı

15.06.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir başa çatıb.

Futbolpress.az xəbər verir ki, yarışa qatılan Azərbaycan millisinin hər 2 idmançısı çıxışını medalla bitirib.

Boksçularımızdan Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala kimi irəliləyiblər. Həlledici görüşdə rəqib qalib gəldiyindən yığma üzvləri gümüş medala yiyələniblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью