Azərbaycan boksçuları Rusiyada 8 medal qazandılar

03.06.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan boksçuları Rusiyanın Belebey şəhərində məktəblilər arasında keçirilən, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş beynəlxalq turnirdə 8 qızıl medal qazanıblar.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandanın heyətində Onur Qurbanov (38 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq) və Yusif Ağakişiyev (80 kq) qalib adına yiyələnib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью