Azərbaycan boksçusu Almaniyadakı turnirdə yarımfinala yüksəlib

01.08.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan təmsilçisi Sübhan Babayev (60 kq) Almaniyanın Frankfurt şəhərində keçirilən 19 yaşadək boksçular arasında “Brandenburq Kuboku”nda yarımfinala yüksəlib. Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, Simonas Puniskisin (Litva) ardınca 1/4 finalda almaniyalı Nur Zakaryeni də məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27).

Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən Babayev bu mərhələdə Mattia Turrinlə (İtaliya) qarşılaşacaq.

Qeyd edək ki, yarışa avqustun 2-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью