Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

12.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə Avropa və Panamerika yığmalarının döyüşü keçiriləcək.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, noyabrın 14-də təşkil ediləcək gecəyə millimizin üzvü Məhəmməd Abdullayev də dəvət alıb.

90 kiloqramda rinqə çıxacaq boksçu Gilbert Kabamba (ABŞ) ilə döyüşəcək.

Bu gün Macarıstana yollanan boksçu və məşqçisi Etibar Abdullayev noyabrın 15-də Bakıya qayıdacaq.

Qeyd edək ki, gecədə qadın və kişi boksçular hərəsi 5 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Döyüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью