Azərbaycan boksçusu Cəmilə Muradlı Avropa çempionu olub

11.10.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

Azərbaycan Boks Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, 57 kq çəkidə mübarizə aparan milli komandanın üzvü finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən C. Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью