Azərbaycan boksçusu dopinqə görə uzun müddətə uzaqlaşdırıldı

17.04.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Milli Antidopinq Agentliyi Azərbaycan boksçusu Fərid Sadıqovu diskvalifikasiya edib.

Fanat.Az AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 48 ay müddətinə idmandan kənarlaşdırılıb.

Buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin aşkarlanması səbəb olub.

Sadıqovun cəzasının müddəti 2028-ci il yanvarın 1-də başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью