Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı

21.04.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə dünya kuboku start götürüb.

QOL.az xəbər verir ki, reytinq xarakterli yarışa Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov qələbə ilə başlayıb.

70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə Necat Ekinçi (Türkiyə) ilə qarşılaşıb. Boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib. İsgəndərov 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gələcək. Görüş aprelin 22-də olacaq.  

Qeyd edək ki, Dünya kuboku aprelin 26-da başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью