Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda İşxan Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. 3 xəbərdarlıq alan rəqib diskvalifikasiya olunub.
Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.
Boksçumuz Avropa yığmasının heyətində döyüşəcək Gülər Hüseynova Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib Gənclər arasında dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək Dakar-2026: Boksçumuz yarımfinalda Boksçumuz Olimpiadaya yollanır