Azərbaycan boksçusu MDB ölkələri kəməri uğrunda revanş döyüşünə çıxacaq AZƏRTAC

18.11.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov MDB ölkələri kəməri uğrunda revanş döyüşünə çıxacaq.

Bu barədə AZƏRTAC-a 50 yaşlı boksçunun özü məlumat verib. O bildirib ki, kəmər uğrunda ilk görüşdə məğlub etdiyi dağıstanlı boksçu Rəsul İbrahimovla yenidən üz-üzə gələcək: “Qarşılaşma bu ilin dekabrında Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunacaq. Kəməri qorumaq istəyirəm. Növbəti hədəfim Avropa kəmərini qazanmaq olacaq. Həmin döyüş gələn ilin əvvəlində Türkiyə və ya Almaniyada keçirilməlidir. İnanıram ki, gələcəkdə dünya kəmərini də qazanacağam”.

Qeyd edək ki, Əli İsmayılov bu ilin iyun ayında Moskva şəhərində təşkil olunmuş boks gecəsində qalib gələrək ilk dəfə Azərbaycana MDB kəmərini gətirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью