Icma.az, Qol.az portalına istinadən məlumat yayır. Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avro
QOL.az xəbər verir ki, Nəsrin Abdullazadə 1/4 finalda Esila Yıldırıma (Türkiyə) qalib gəlməklə bu hüquqa yiyələnib.
40 kq-da mübarizə aparan milli üzvü 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəyə sevinib.
O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.
Abdullazadə finala vəsiqə uğrunda Elliemay Feterstonla (İrlandiya) döyüşəcək. Görüş oktyabrın 23-də olacaq.
Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.