futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xorvatiyanın Poreç şəhərində davam edən boks üzrə U-23 Avropa çempionatında 1/4 finala yüksələn təmsilçilərimizin sayı üçə çatıb.
Futbolpress.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Nicat Alırzayev 1/8 finalda litvalı Edqaras Trotenskis üzərində 3:2 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.
Xatırladaq ki, qitə birinciliyinə noyabrın 24-də yekun vurulacaq.