Azərbaycan boşanmaların sayına görə Avropada ilk sıralardadır Ölkələrin siyahısı | Icma.az
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır. Məlum olduğu kimi, son illərdə Azərbaycanda boşanmaların sayında artım qeydə alınır.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2000-ci ildə Azərbaycanda 5 min 478 boşanma qeydə alındığı halda, ötən il bu göstərici 19 min 597 olub.
Bu isə o deməkdir ki, son 25 ildə boşanmaların sayı 3,6 dəfə artıb.
Qeyd edək ki, 25 il əvvəl – 2000-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 0,7 olduğu halda, ötən il 2,1-ə yüksəlib.
Məlumat üçün bildirək ki, əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayına görə Azərbaycan Avropa ölkələri arasında ilk sıralarda yer alır.
Avropa Statistika Bürosunun (Eurostat) açıqladığı sonuncu məlumata görə, Avropa Birliyində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,6 olub.
Müqayisə üçün bildirək ki, 25 il əvvəl – 2000-ci ildə Avropada əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı bundan daha çox – 1,7 olub.
Cədvəldə 2000 və 2024-cü illərdə Avropanın bəzi aparıcı ölkələrində və Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı göstərilib: Elnur Əli Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu