Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti saamiti həm əhatəliyinə, həm də qəbul etdiyi qərarlara görə mühüm əhəmiyyət kəsb edir.
Sammitə üzv 10 ölkədən başqa 15 tərəfdaş ölkənin dövlət və hökumət başçıları da qatılmışdı.
Əslində son 30 ildə bu sayda Asiya, Yaxın Şərq, Afrika ölkələrinin bir araya gəlməsi tarixi hadisə idi". Moderator.az xəbər verir ki.
bu sözləri Teleqraf-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib.
O, “ŞƏT plyus” formatında keçirilən sammitin siyasi tərəflərinin geniş olduğunu bildirib: “Sammit ABŞ-nin bir çox üzv ölkələrə ciddi iqtisadi təzyiqlərinin baş verdiyi bir şəraitdə keçirilib.
Yəni, bu şəraitdə yeni iqtisadi imkanların tapılması xüsusi maraq kəsb edirdi.
Sözsüz ki, ŞƏT üzvlərinin iqtisadi gücü və imkanları kifayət qədər böyükdür.