Icma.az, Sfera.az portalına istinadən məlumat verir. Prezident İlham Əliyev bildirib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbayc
İlk böhran zamanı Azərbaycan bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdırmaqda fəal rol oynayıb.
Bildiyimiz kimi, hazırda da Türkiyə-İsrail münasibətlərində soyuq küləklər əsir. Bəs bu dəfə Azərbaycan vasitəçilik edə biləcəkmi?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında politoloq Elxan Şahinoğlu bu məsələnin ilk dəfə dövlət başçısı səviyyəsində səsləndiyini deyib.
Onun sözlərinə görə, bu haqda müəyyən ehtimallar mövcud idi, ancaq ilk dəfə prezident səviyyəsində rəsmi Bakının iki dövlət arasında vasitəçi olduğu bildirilməsi Azərbaycan üçün əhəmiyyətli idi: “Çünki ölkəmiz qardaş və strateji müttəfiqimiz Türkiyə ilə tərəfdaşımız və dostumuz olan İsraillə münasibətlərin gərgin olmasını istəməyib və əlini daşın altına qoyub ki, bu gərginlik ortadan qaldırılsın.
Rəsmi Bakının vasitəçiliyi ilkin mərhələdə müsbət nəticə verib.
Ankara ilə Tel-Əviv arasında dialoq qurulub, İsrail Prezidentinin Türkiyəyə səfəri reallaşıb.
Ancaq Qəzzada başlanan müharibə Türkiyə ilə İsrail arasındakı gərginliyi yenidən artırıb”.