Azərbaycan bu il Gürcüstana 1,5 milyon dollarlıq neft satıb

25.11.2025

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Gürcüstana cəmi 3,8 min ton neft ixrac edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

Məlumata görə, Gürcüstana ixrac edilmiş neftin dəyəri isə 1,5 milyon dollar olub.

Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə bu ölkə xam neft ixrac olunan əsas ölkələrin siyahısında yer almayıb.

Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Gürcüstana ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 413 dollar təşkil edib.

Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Gürcüstan 2025-ci ildə 21-ci yerdə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью