Azərbaycan bu keyfiyyət göstəricilərini yaxşılaşdırıb Fitch | Icma.az
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ümumdünya Dövlət İdarəçiliyi Göstəricilərinin (Worldwide Governance Indicators, WGI) son buraxılışında Azərbaycan 2010-cu illə müqayisədə mövqeyini 15 faiz bəndi yaxşılaşdırıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi EMEA regionu üzrə suveren reytinq direktoru Arvind Ramakrişnan “Fitch” Qafqaz haqqında: suveren sektorun və bank sisteminin 2026-cı il üçün perspektivləri” adlı vebinarda bildirib.
Onun sözlərinə görə, uzun müddət Azərbaycanın zəif cəhətlərindən biri olmuş dövlət idarəçiliyinin keyfiyyəti WGI-nin son buraxılışında təxminən 4 faiz bəndi artım nümayiş etdirib.
“İlk baxışda bu, kiçik nəticə kimi görünə bilər, lakin 2010-cu ildən başlayaraq uzunmüddətli perspektivdə ölkənin göstəricisi təxminən 15 bənd artıb, halbuki median göstərici dəyişməz qalıb.
Şübhəsiz ki, səsvermə hüququ və hesabatlılıq, eləcə də bir sıra təsisatların mandatlarının aydınlığı kimi sahələrdə çox iş görülməlidir.
Bununla belə, hesab edirik ki, ümumi inkişaf trayektoriyası, böyük ehtimalla müsbət xarakter daşıyır”, – A.Ramakrişnan qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu