Azərbaycan bu kişiləri qadın alverinə görə axtarışa verdi

27.07.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verilib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, onlar - 1997-ci il təvəllüdlü Güləhmədzadə İsmayıl Rahib oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Vüsal Ələkbər oğludur. 

Hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarışa verilib. 

Hazırda onların yerinin müəyyən edilərək saxlanılmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью