Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda təşkil edilən güləş üzrə U17 dünya çempionatı çərçivəsində Azərbaycan Güləş Federasiyası (AGF) ilə Türkiyə Güləş Federasiyası, Qazaxıstan Güləş Federasiyası və Mərakeş Krallığının Güləş Federasiyası arasında ikitərəfli anlaşma memorandumları imzalanıb. AGF-dən verilən məlumata görə, imzalanan memorandumlar federasiyalar arasında institusional əlaqələrin möhkəmləndirilməsinə, güləşin davamlı inkişafının təşviqinə və idman nailiyyətlərinin artırılmasına xidmət edəcək.
Sənədlərdə milli komandalar arasında birgə təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlarda iştirak imkanlarının genişləndirilməsi, məşqçilik, hakimlik və digər sahələrdə bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Əməkdaşlıq həmçinin tərəfdaş federasiyalar arasında uzunmüddətli və səmərəli əlaqələrin inkişafına, güləşin beynəlxalq səviyyədə təşviqinə, eləcə də Azərbaycan güləşçilərinin hazırlıq prosesinin təkmilləşdirilməsi və onlar üçün yeni inkişaf perspektivlərinin yaradılmasına mühüm töhfə verəcək.
Azərbaycan Güləş Federasiyası beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini ölkəmizdə güləşin inkişafı, idmançıların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi və beynəlxalq arenada uğurların davamlılığının təmin olunması baxımından prioritet istiqamətlərdən biri kimi qiymətləndirir.
Mətləb
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
"Hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var"
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi finala yüksəlib
“Qəbələ” futbolçusunu Slovakiya klubuna satıb
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
Dünya çempionatı: İsfahan Həsənov yarımfinala yüksəlib
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək
Azərbaycanda keçiriləcək ilk U-15 dünya çempionatının təşkili ilə əlaqədar Sərəncam imzalanıb
Bakıdakı dünya çempionatında bu gün Azərbaycanın 5 güləşçisi çıxış edəcək
Elbrus dağında 3 alpinistin meyiti tapılıb
İdmançımız Beynəlxalq yarışda qızıl medal qazanıb