Azərbaycan bu ölkəyə investisiyalarını 2 dəfə artırıb

01.04.2026

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı iqtisadiyyatına 212 milyon 264 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 101 milyon 104 min ABŞ dollar və ya 1,9 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 8,4% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı 4-cü ölkə olub.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 528 milyon 104 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью