Azərbaycan bu təşkilatın vitse sədri olacaq

05.09.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Türkmənistan 2027-2028-ci illər üçün Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr Qrupunun (LLDCs) sədri, Azərbaycan isə vitse-sədri seçilib.

Turkustan.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Turkmenportal” məlumat yayıb.

Qeyd olunub ki, müvafiq qərar qrupun Nyu-Yorkda BMT yanında daimi nümayəndələr səviyyəsində keçirilən görüşündə qəbul edilib.

Regional qruplardan Laos, Burundi, Çad, Ruanda və Paraqvay da rəhbər büronun tərkibinə seçilib.

Sədrlik Türkmənistana (səlahiyyətlərinin icrasına 1 yanvar 2027-ci ildən başlamaqla) iki il ərzində dənizə çıxışı olmayan inkişaf etməkdə olan 32 ölkənin maraqlarını təmsil edərək, qrupun fəaliyyətini, o cümlədən ölkə üçün prioritet hesab edilən enerji və nəqliyyat əlaqələri üzrə istiqamətləri koordinasiya etməyə imkan verəcək.

Bildirilib ki, rəhbərlər bürosunun tərkibi həmçinin 2026-cı il sentyabrın 24-də Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında keçiriləcək LLDCs nazirlər görüşünün yekun bəyannaməsi ilə təsdiqlənəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью