Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın birinci ongünlüyündə baş tutan səfirlər konfransında ölkəsinin uğursuzluqlarının səbəblərinin axtarışına çıxan Makron bir yenilik kəşf edibmiş kimi burada guya Azərbaycanın apardığı siyasətin də mənfi rol oynadığına xüsusi vurğu edib.
Səbəb və nəticələrin düzgün uzlaşdırılmadığı absurd iddialardır.
Belə çıxır ki, böyük Fransa uzaqlarda yerləşən 10 milyonluq Azərbaycan qarşısında aciz durumdadır.
Ancaq Makronun diplomatik korpus qarşısında Azərbaycandan şikayətçi düşməsi yalnız onun çarəsizliyi ilə bağlı deyil.
Biz bilirik ki, ölkəmizi qaralamaq son illərdə Yelisey Sarayının siyasətinin ana xəttinə çevrilib.
Makronun sərsəm iddiaları da bu pis ənənənin davamıdır. Bəs Fransanın hazırkı rəhbərliyinin Azərbaycana münasibətdə belə aqressiv mövqe tutm
Bu suala Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl yerli televiziya kanallarına verdiyi müsahibəsində aydınlıq gətirib.