Azərbaycan çempionatı: 2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli olub

25.01.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Boks üzrə Azərbaycan çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışda bu gün kişilər arasında 1/4, qadınlar arasında 1/2 final mərhələsinin döyüşlərinə start verilib.

Yarımfinalda qalib gələn Lalə Mədətova, Mehparə Məmmədova, Emili Rzayeva və Səlbi Bayramova adını finala yazdırıb.

Kişi boksçuların mübarizəsində isə 5 çəkidə 1/2 finala vəsiqə qazananlar müəyyənləşib. Bu çəkilərdə qalib gələnlər mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Azərbaycan çempionatı

Qadınlar

1/2 final

48 kq

Lalə Mədətova (Z-1 İK) – Mariya Sadıqova (“Firuz” BK) – 5:0

Mehparə Məmmədova (MOİK) – Aysu İsmayılova (“Neftçi” İK) – 5:0

60 kq

Emili Rzayeva (“Neftçi” İK) – Güləndam Aslanova (“Qızıl əlcək” İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

Lalə Namazlı (DİN İC) – Səlbi Bayramova (Sumqayıt) – birinci zədələndiyi üçün həkim döyüşü saxlayıb, ikinci qalib elan olunub

Kişilər

1/4 final

55 kq

Nicat Hüseynov (“Neftçi” İK) – Mətin Məmmədov (“Zabit Səmədov” DM) – 5:0

Fərid İsmayılzadə (“Qızıl əlcək” İK) – Zidan Hünbətov (“Dəmir Yumruq” BİK) – 0:5

Zəlimxan Süleymanov (MOİK) – Həsən Məlikov (“Neftçi” İK) – 5:0

Tural Sarıyev (“Neftçi” İK) – Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – 0:5

70 kq

Sərxan Əliyev (“Neftçi” İK) – Əzədulla Camaləddinov (“Səbail” İK) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

Murad Seyidli (“Qızıl əlcək” İK) – Vüqar Məmmədov (DİN İC) – 0:5

Mehdi Həsənov (“Qızıl əlcək” İK) – Nicat Alırzayev (“Dəmir Yumruq” BİK) – 2:3

Rövşən Abbasov (DİN İC) – Nəbi İsgəndərov (“Neftçi” İK) – 0:5

75 kq

Abbasqulu Şadlinski (“Dəmir Yumruq” BİK) – Ələkbər Verdiyev (888 BK) – 5:0

Nurlan Malikov (Sumqayıt) – Minad Seyidov (“Neftçi” İK) – 5:0

Əyyub Allahquliyev (“Zabit Səmədov” DM) – Novruzəli Quliyev (MOİK) – 0:5

Vüsal Verdiyev (Gəncə) – Rasim Çobanlı (DİN İC) – 0:5

85 kq

Pərviz Rəsulov (“Abşeron” İK) – İbrahim İsmayılov (Z-1 İK) – 0:5

Ramal Həsənli (MOİK) – İlkin Babayev (“Ağa” İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

Seyfəli Yusifzadə (KNOUT) – Heydər Məmmədov (DİN İC) – ikinci diskvalifikasiya olunub

+90 kq

Kənan Nəcəfov (Z-1 İK) – Qurban Cəfərov (“Səbail” İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

Xəqani Abdullayev (MOİK) – Batraz Mildzoxov (ABF) – ikinci ikinci raundda tam üstünlüklə qalib gəlib

Mirxəyal Məmmədov (Gəncə) – Əhməd Mustafayev (Z-1 İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

Ələkbər Ələkbərov (“Cənub” BK) – Səbuhi Əlizadə (Gəncə) – birinci diskvalifikasiya olunub

Qeyd edək ki, sabah daha 23 döyüş keçiriləcək. Bakı Boks Mərkəzində saat 12:00-da başlanacaq görüşlərdə qadın boksçular finala, kişi idmançılar yarımfinala vəsiqə uğrunda güclərini yoxlayacaqlar.

Azərbaycan çempionatında 31 komandanın boksçusu mübarizə aparacaq Bakıda boks məşqçiləri üçün seminar keçirilir Azərbaycan bu il 3 beynəlxalq boks turnirinə ev sahibliyi edəcək Boksçularımız 2025-ci ildə beynəlxalq yarışlarda 231 medal qazanıblar 2025-ci ildə boksçularımızın beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı artıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью