Azərbaycan çempionatı: Bu gün iki matç var

27.04.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Misli Premyer Liqasında XXIX tura bu gün yekun vurulacaq.

"Unikal" xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.

İlk olaraq "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 18:00-da start götürəcək. Bölgə təmsilçisi 55 xalla üçüncü, qonaqlar 45 xalla dördüncü pillədə qərarlaşıb.

Tur "Sabah" - "Karvan-Yevlax" qarşılaşması ilə başa çatacaq. Görüş "Bank Respublika Arena"da, saat 20:00-da başlayacaq. "Bayquşlar" 69 xalla çempionatın lideridir. Yevlax klubu 14 xalla sonuncu - 12-ci sıradadır.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью