Azərbaycan çempionatı: Daha 7 çəkidə qaliblər bəlli olur İdman və Biz

30.11.2024

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Bakı İdman Sarayında qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə daha 7 çəki dərəcəsində mükafatçılar bəlli olacaq.

112 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Qadınlar arasında 48 kq, 52 kq və 57 kq, kişilər arasında isə 81 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində ölkənin ən güclüləri müəyyənləşəcək.

Qeyd edək ki, bir gün öncə 7 çəkidə mükafatçılar dəqiqləşib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью