Azərbaycan çempionatı dünyada 36 cı pillədə

19.01.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın ən güclü futbol liqalarının siyahısı müəyyənləşib.

Apasport.az xəbər verir ki, reytinq cədvəlini İFFHS açıqlayıb.

2024-cü il üçün tərtib olunan siyahıya planetin 100 ən yaxşı çempionatı daxil edilib. Azərbaycan Premyer Liqası da cədvəldə yer alıb.

Çempionatımızın əmsalı 434,25-ə bərabərdir. Premyer Liqamız dünyada 36-cıdır. Azərbaycan çempionatı əvvəlki illə müqayisədə 4 pillə irəliləyib.

Dünyanın ən güclü liqası isə İtaliya A seriyasıdır. Appenin liqası 1992 xala malikdir.

Siyahıda İspaniya La Liqası 2-cidir – 1885 xal. 1871 xala malik İngiltərə Premyer Liqası 3-cü sırada yer alıb.

Qeyd edək ki, Türkiyə Super Liqası 968 xalla 1 pillə irəliləyərək 11-cidir.

Alıyevin 200-cü, Həsənalızadənin 250-ci oyunu “Neftçi” “Sabah”a qarşı - YENİLƏNİR Qərb derbisində kim sevinəcək? - YENİLƏNİR Millimizin üzvü oynadı, komandası məğlub oldu Vaqif Cavadov: “Bir futbolçu bu gecə Bakıda olacaq”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью