Azərbaycan çempionatı oyunları təxirə salındı İdmanXəbər

25.12.2024

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar sabahkı görüşlər dekabrın 27-də baş tutacaq.

Qeyd edək ki, yarışa dekabrın 29-da yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью