Azərbaycan çempionatı start götürdü

22.07.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

İyulun 21-də çimərlik voleybolu üzrə Azərbaycan çempionatı start götürüb.

Fanat.Az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 23 komanda mübarizə aparır.

Qadınların birinciliyinə 12, kişilərin yarışına isə 11 kollektiv qatılıb.

Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın ilk günündə 8 qarşılaşma baş tutub:

Qadınlar

“Milli Aviasiya Akademiyası-2” - “Gəncə-2” 0:2 (16:21, 19:21)

“Milli-2” - “Milli-3” 2:0 (21:14; 21:12)

“Milli Aviasiya Akademiyası-1” - “Xarı Bülbül-1” 2:0 (21:16, 21:08)

“Xarı Bülbül-2” - “Azərreyl-3” 0:2 (14:21, 02:21)

Kişilər

“Murov Az Terminal-4” - “Xilasedici-1” 1:2 (18:21, 21:14, 08:15)

“Xarı Bülbül-2” - “Azərreyl-2” 0:2 (08:21, 11:21)

“Azərreyl-3” - “Murov Az Terminal-3” 2:0 (21:12, 21:11)

“Azərreyl-1” - “Xilasedici-1” 2:0 (21:09, 21:16)

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью