Azərbaycan çempionatı və Bakı birinciliyinin vaxtı açıqlanıb

28.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Aerobika gimnastikası üzrə 9-cu Azərbaycan çempionatı və Bakı birinciliyinin vaxtı açıqlanıb. Sport24.az xəbər verir ki, yarış mayın 8-də start götürəcək.

2 gün davam edəcək çempionat Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunacaq.

Yarışda ölkənin aerobika gimnastikası üzrə ən istedadlı gimnastları bir araya gələcəklər. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq qarışıq cütlük, üçlük və qrup proqramlarında çıxış edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью