Azərbaycan çempionatında 1/8 finala yekun vuruldu

21.06.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Boks üzrə Azərbaycan çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə kişi boksçular 5 çəki dərəcəsində mübarizə aparıblar.

Bakı Boks Mərkəzində keçirilən 36 döyüşün yekununa əsasən 1/8 final mərhələsinə yekun vurulub.

Azərbaycan millisinin boksçularından Məsud Yusifzadə, Məhəmmədəli Aşurəliyev, Tağı Nəsibov, Şamil Əsgərov, Malik Həsənov, Nəbi İsgəndərov, İlqar Salahov, Mirşərif Kazımzadə və Fərhad Şeydayev də mərhələ adlayıb. Həmçinin dünya çempionumuz Cavid Çələbiyev də adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, kişi və qadınlar arasında keçirilən Azərbaycan çempionatına 200 boksçu qatılıb. Yarışın qaliblərinin adına dekabrın 20-də aydınlıq gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью