Azərbaycan çempionatında daha bir baş məşqçi ayrılığı FOTO

18.03.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Azərbaycan çempionatının I Liqasında yarışan MOİK-in baş məşqçisi Qəzənfər Abbasov istefa verib.

Milli.Az xəbər verir ki, bu barədə məşqçi özü sosial media hesabında məlumt yayıb.

"Bu gün MOİK-lə yollarımı ayırmaq qərarına gəldim. Hər zaman bu klubun adını qaldırmaq, uğur qazanmaq üçün əlimdən gələnin ən yaxşısını etdiyimə inanıram", - deyə Q.Abbasov qeyd edib.

Onu da əlavə edək ki, MOİK hazırda 18 turdan 22 xalla 6-cı pillədə qərarlaşıb. Komanda 2025-ci ilə ardıcıl 2 qələbə ilə başlasa da, son 5 turda cəmi 2 xal qazanıb (2 heç-heçə, 3 məğlubiyyət). (Offsideplus.az)
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью