Azərbaycan çempionatında əcnəbi hakimlər

12.04.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasına (ABL) xarici hakimlər dəvət olunub.

SİA xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Çempionatın pley-in və pley-off mərhələlərinin oyunlarını idarə etmək üçün FİBA dərəcəli iki əcnəbi hakimə
dəvət göndərilib. Təcrübəli referilər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq pley-inin ilk oyununda da hakimlər briqadasında yer alıblar. Bu addım həm matçların daha ədalətli keçməsi, həm də gənc yerli hakimlərin təcrübə toplamasına xidmət edir.

Qeyd edək ki, pley-in mərhələsinin ilk oyunları aprelin 10-11-də keçirilib. İkinci görüşlər ayın 13-14-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью