Icma.az, Qol.az portalına istinadən məlumat verir. “Qalib gəldiyimiz üçün sevincliyik. Əvvəlki üç oyunda nəticələrimiz ürəkaçan olmamışdı.
Buna görə də qələbəyə çox ehtiyacımız var idi”. QOL.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom deyib.
O, Misli Premyer Liqasının 8-ci turunda “Karvan-Yevlax” üzərində qazandıqları 4:1 hesablı qələbəni belə şərh edib: “Oyuna yaxşı başladıq.
Lakin hesabı açdıqdan sonra bir qədər sakitləşdik. Bunun da nəticəsində fasiləyə yaxın qapımızda qol gördük.
İkinci hissədə geridönüş edə bildik. Yüksək temp nümayiş etdirdik və daha üç dəfə fərqləndik. Bu tempi davam etdirmək lazımdır”.
Fransız forvard Yevlax klubu ilə görüşdə dubl etməsinə belə münasibət bildirib: “Əlbəttə, komandamın qələbəsində pay sahibi olduğum üçün sevincliyəm.
Lakin əsas mənim qol vurmağım yox, qələbənin ardını gətirməkdir. Çünki növbəti turlarda da xal və xallara çox ehtiyacımız var”.
Ramalinqom bildirib ki, bu qələbə komandaya növbəti turlar üçün motivasiya olacaq: “Bu tempi saxlamalıyıq.