Azərbaycan çempionatında III turun proqramı

16.12.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turun proqramı bəlli olub. SİA-nın məlumatına görə, oyunlar dekabrın 17-18-də keçiriləcək.

Dekabrın 17-də, saat 15:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "Neftçi" MOİK-lə üz-üzə gələcək.

Növbəti gün isə iki matç təşkil ediləcək. Saat 15:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” "Azərreyl"i qəbul edəcək. İki saat sonra "Gənclər" və “Murov Az Terminal” münasibətlərə aydınlıq gətirəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью