Azərbaycan çempionatında ilk 1/4 finalçılar Siyahı

05.02.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında ilk 1/4 finalçılar müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu, 1/8 final mərhələsinin cavab görüşlərindən sonra məlum olub.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Rauf Məmmədov və Teymur Rəcəbov adını növbəti mərhələyə yazdırıb. Onların rəqibləri 1/8 final mərhələsinin daha 4 cütü üzrə fevralın 6-da keçiriləcək tay-breyk görüşlərindən sonra bilinəcək.

Qadınların yarışında isə 1/4 final cütlərindən 2-si məlum olub. Növbəti mərhələdə Gülnar Məmmədova Xanım Balacayeva ilə, Ülviyyə Fətəliyeva Zeynəb Məmmədyarova ilə üz-üzə gələcək. 1/8 final mərhələsini adlayan Səbinə İbrahimova və Gövhər Beydullayevanın rəqibləri isə sabahkı tay-breyk qarşılaşmalarından sonra məlum olacaq.

Reqlamentə əsasən, turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olacaq. Bütün görüşlər saat 15:00-da start götürəcək.

Azərbaycan çempionatı, 1/8 final
Cavab görüşləri
Kişilər

Fərid Abbasov (2487) - Şəhriyar Məmmədyarov (2732) - 0:1 (0:1)
Məhəmməd Muradlı (2588) - Nicat Məmmədov (2582) - 0:1 (1:0)
Misrətdin İskəndərov (2515) - Nicat Abasov (2616) - 0,5:0,5 (0,5:0,5)
Aydın Süleymanlı (2623) - Read Səmədov (2501) - 0,5:0,5 (1:0)
Vüqar Rəsulov (2500) - Rauf Məmmədov (2656) - 0:1 (0,5:0,5)
Vasif Durarbəyli (2614) - Əhməd Əhmədzadə (2543) - 0,5:0,5 (0,5:0,5)
Vüqar Əsədli (2551) - Eltac Səfərli (2609) - 0,5:0,5 (0,5:0,5)
Teymur Rəcəbov (2698) - Namiq Quliyev (2487) - 0,5:0,5 (1:0)

Qadınlar
Günay Məmmədzadə (2412) - Lalə Hüseynova (1972) - 0:1 (1:0)
Səbinə İbrahimova (2177) - Nərmin Abdinova (2186) - 1:0 (0,5:0,5)
Gülnar Məmmədova (2333) - Mələk İsmayıl (2122) - 1:0 (1:0)
Ləman Hacıyeva (2079) - Xanım Balacayeva (2355) - 0:1 (0:1)
Ülviyyə Fətəliyeva (2381) - Məryəm Ağaverdiyeva (2031) - 1:0 (1:0)
Zeynəb Məmmədyarova (2145) - Ayan Allahverdiyeva (2284) - 1:0 (1:0)
Türkan Məmmədyarova (2197) - Nərmin Kazımova (2167) - 1:0 (0:1)
Səbinə Rzalı (2027) - Gövhər Beydullayeva (2404) - 0:1 (0:1)

Qeyd edək ki, kişilərin yarışının mükafat fondu 60 min manat, qadınlarda isə 30 min manat təşkil edir. Çempionata 15 fevralda yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью