Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Futbol üzrə I Liqada "Ayın qolu" layihəsi çərçivəsində aprel ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.
Müsabiqənin qalibi MOİK-in futbolçusu İbrahim Əliyev olub.
25 yaşlı yarımmüdafiəçi mükafatına bu gün I Liqanın XXVI turunun MOİK - "Mingəçevir" qarşılaşmasından əvvəl sahib çıxıb.
Müfkafatı futbolçuya Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
Offsideplus.az