Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
30 sentyabr Bakı İdman Sarayında basketbol üzrə 32-ci Azərbaycan çempionatına start verilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Basketbol Liqasının (ABL) açılış oyununda son mövsümün çempionu “Sabah”, son mövsümün gümüş mükafatçısı “LANDAU Lions” klubu ilə qarşılaşıb.
Maraqlı mübarizə şəraitində keçən oyun “Sabah” klubunun 84-74 hesablı qələbəsi ilə yekunlaşıb.