Azərbaycan çempionatında mövsümün rekordu...

02.12.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasının XV turunda keçirilmiş “Neftçi” – “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi Arena”da baş tutan Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib.

Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb.

“Köhlən atlar”ın IX turda səfərdə “Sumqayıt”ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub.

Qeyd edək ki, “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla üstələyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью