Azərbaycan çempionatında mövsümün rekordu...

02.12.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XV turunda keçirilmiş “Neftçi” – “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, “Neftçi Arena”da baş tutan Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib.

Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb.

“Köhlən atlar”ın IX turda səfərdə “Sumqayıt”ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub.

Qeyd edək ki, “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla üstələyib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью