Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək

28.01.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VIII turun oyunları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, "Gəncə" - “Murov Az Terminal” matçı saat 14::00-da start götürəcək.

İki saat sonra “Abşeron” - “Milli Aviasiya Akademiyası” qarşılaşması başlayacaq.

Tura "Azərreyl" - UNEC görüşü ilə yekun vurulacaq. Oyun saat 18:00-da olacaq.

Qeyd edək ki, "Abşeron" 7 turdan sonra 20 xalla liderdir. “Milli Aviasiya Akademiyası” 15 xalla ikinci, "Gəncə" 10 xalla üçüncüdür. Dördüncü yerdəki "Azərreyl"lə, beşinci olan "Murov Az Terminal"ın 9 xalı var. Bütün matçlarda uduzan və sonuncu pillədə qərarlaşan UNEC isə xalsızdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью