Azərbaycan çempionatında oyunlar təxirə salındı SƏBƏB

06.11.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

AFFA-nın bayrağı altında keçirilən futbol üzrə aşağı yaş qrupları üzrə çempionatlar təxirə salınıb. Bu barədə Sport24.az-a AFFA-dan məlumat verilib.

Bildirilib ki, Bakı və Abşeron zonaları üzrə məktəblərdə payız tətili, ali təhsil müəssisələrində isə distant təhsil ilə əlaqədar olaraq noyabrın 9-10 və 16-17-də keçirilməsi nəzərdə tutulan oyunların vaxtı dəyişilib.

Bu, U-8, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər Liqasının oyunlarına şamil edilib.

Qeyd edək ki, qarşılaşmaların vaxtı yaxın günlərdə bəlli olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью