Azərbaycan çempionatında qalmaqal Hakimlər və Sxadadze hədələnib

03.12.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA İntizam Komitəsi "Karvan" klubunun məşqçilərini və bəzi futbolçularını cəzalandırıb.

QOL.az-ın xəbərinə görə, komitənin bu gün açıqlanan qərarlarında bildirilir ki, noyabrın 27-si 1-ci Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan”ın futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyun cəzalanıb, “Karvan” komandası 300 manat cərimə edilib.

Oyun bitdikdən sonra “Karvan”ın futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Karvan” komandası 300 manat cərimələnib.

Oyun bitdikdən sonra “Karvan”ın məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə (Kababer Szadadze - red.) hədə-qorxu gəldiyinə görə 5 oyun cəzalanıb, “Karvan” komandası 400 manat cərimə edilib. 

Qərarda o da qeyd edilib ki, “Karvan” klubunun baş məşqçisi Kənan Kərimov mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Karvan” komandası 400 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Qeyd edək ki, "Karvan" - "Qəbələ" matçının hakimləri Tural Qurbanov (baş hakim), Zöhrab Abbasov, Rəhman İmami (laysmanlar) və Kamran Əliyev (dördüncü hakim) olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью