Azərbaycan çempionatında rekord sayda iştirakçı qeydə alınıb

29.06.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Bu gün Avropa Oyunları Parkında (EGP Arena) çimərlik güləşi üzrə U17 Azərbaycan çempionatı keçirilib.

İdman.Biz bildirir ki, “Millenium” Dondurma Fabrikinin tərəfdaşlığı ilə keçirilən yarışda rekord sayda – 131 güləşçi 4 çəkidə çıxış edib.

Əvvəlcə nokaut sistemiylə mübarizəyə start verilib. Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıb. 1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.

60 kq

Ömər Zeynalov (Arena)
Əlirza Heybətli (Abşeron)
İlyas Ağazadə (Neftçi)
70 kq

Rəşad Əliyev (UGİM-1)
Omar Dəmirqayayev (Xaçmaz)
Elcan Talıbzadə (İmişli)
80 kq

Ruslan Vəliyev (Neftçi)
Ömər Əliyev (Neftçi)
Yaşar Məmmədov (MOİK)
90 kq

Elvin Hacıquliyev (Xaçmaz)
Elvin Necəfzadə (UGİM-1)
Rail Xalıqov (UGİM-1)
Sabah eyni məkanda çimərlik güləşi üzrə kişilər və U17 qızlar arasında Azərbaycan çempionatı keçiriləcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью