Azərbaycan çempionatında rekord vurulub İdman və Biz

02.12.2024

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Misli Premyer Liqasında tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb.

İdman.biz xəbər verir ki, bu, XV turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”dakı qarşılaşmanı 7069 seyrçi izləyib. Azərbaycan derbisindəki tamaşaçı sayı mövsümün arxada qalan 15 turu üçün ən yüksək göstəricidir.

Bunadək rekord IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsus idi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 tamaşaçı qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyununda qonaq komanda üç cavabsız qolla qələbə qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью