Azərbaycan çempionatında təcavüzkar davranışın cəzası 9 futbolçuya diskvalifikasiya

19.02.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA U-15 Liqasında keçirilən “Metak” – “Səbail” oyunu bitdikdən sonra baş verənlər assosiasiyanın İntizam Komitəsində müzakirə olunub.

İdman.biz xəbər verir ki, qurum yaşananların günahkarlarını cəzalandırıb.

“Metak”ın futbolçuları Seyfəddin Heydərov, Amir Tahirov, Seyid Davidov və Əli Zamanov, “Səbail”in oyunçuları Nizami Hüseynli, Hüseyn Hüseynli, İlkin Mikayılov, Hüseyn Saracev və Raul Nəsirli təcavüzkar davranışa görə qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalandırılıb.
“Metak”ın cəzalı baş məşqçisi Mehman Səfərov hakimləri təhqir etdiyinə görə əvvəlki cəzasının üzərinə 5 oyun əlavə edilib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью