Azərbaycan çempionatını əvvəldən izləyirdim Tornike Axvlediani

12.08.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni mövsümə Azər Bağırovun rəhbərliyi altında hazırlaşan "Şamaxı"nın sıralarına cəlb etdiyi legionerlərdən biri də Tornike Axvledianidir. Əvvəlki iş yeri ölkəsinin "İberiya" klubu olan gürcü futbolçuya bir neçə sual ünvanladıq.

Axvledianinin Fanat.Az-a müsahibəsini təqdim edirik:

- "Şamaxı"ya transferin necə baş tutdu?
- Azərbaycan çempionatını əvvəldən izləyirdim. Bir neçə gürcü dostum məndən öncə burada oynayırdı. Ona görə də liqanın necə olduğu barədə təsəvvürüm var idi. Əvvəlki klubumla müqaviləmin bitməsinə altı ay qalsa da, "Şamaxı" ilə danışıb klubun məqsədləri və digər nüanslar barədə məlumat əldə etdikdən sonra Azərbaycanda oynamaq qərarına gəldim.

- Bir aydır komandadasan. Özünü necə hiss edirsən?
- Toplanışın ilk günündən komanda ilə məşqlərə başladım. Adaptasiya çox da vaxt aparmadı. Düşünürəm ki, asanlıqla uyğunlaşdım. Komandada mehriban ab-hava var. Burada bir ailə kimiyik.

- Artıq 4 yoxlama oyunu keçirmisiniz... Təəssüratların necədir?
- Təlim-məşq toplanışı zamanı keçirilən yoldaşlıq oyunlarında yaxşı təsir bağışladıq. Nəticələr də pis olmadı. Hər oyunda fərqli heyətlərlə mübarizə apardıq. Sınaq qarşılaşmaları bizim üçün önəmli idi. 

- "Şamaxı"nı yeni mövsümə hazır saymaq olar?
- İnanıram ki, heyətimizdəki hər bir oyunçu mövsümə hazırdır.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью