Azərbaycan çempionatının debütantında kanadalı voleybolçu

24.06.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"DH Volley" qadın voleybol komandası Azərbaycan çempionatındakı debütü ərəfəsində heyətini formalaşdırmağa davam edir.

İdman.biz xəbər verir ki, komandanın növbəti yeni transferi kanadalı hücumçu Bruklin Olfert olub.

O, daha əvvəl vətənində – Thompson Rivers Universitetinin komandasında tələbə liqasında çıxış edib.

Olfert "DH Volley"in artıq beşinci legioneridir. Klub bundan əvvəl heyətini polşalı Natailya Qajevska, serbiyalı Yovana Çirkoviç, italiyalı Eleniya De Manqo və braziliyalı Sonali Sidrao ilə gücləndirib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью