Azərbaycan çempionatının ən güclüləri “Bakı” və “Sumqayıt”

15.05.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.

İdman.biz xəbər verir ki, artıq komanda yarışlarında qalib və mükafatçılar bəlli olub.

Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub.

Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb.

Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.

Yarışa mayın 17-də yekun vurulacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью