Azərbaycan çempionatının oyunu təxirə salına bilər

09.11.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan İkinci Liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” - “Marafon” oyunu təxirə salına bilər.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, buna səbəb güclü yağəş səbəbindən Şirvan Olimpiya İdman Kompleksinin meydanının yararsız vəziyyətə düşməsidir.

Hazırda örtük gölməçələrlə dolub və bu vəziyyətdə oyunun keçirilməyəcəyi gözlənilir. Oyunun baş tutub-tutmayacağına yarım saat ərzində qərar verilməlidir.

Qeyd edək ki, qarşılaşma saat 14:00-da start götürməlidir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью